Menu

Dövlət Komitəsi İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsinə münasibət bildirib

29.10.2021, 18:16
Dövlət Komitəsi İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsinə münasibət bildirib

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.

"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol