Menu

Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürüb

30.10.2021, 12:30
Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürüb

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 11 yaşlı ana və körpəsi nəzarətə götürülüb.

Dövlət Komitəsindən bildirilib ki, ana və körpəsinin mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.

Qeyd olunub ki, aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək: "Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək. Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur".

Xatırladaq ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

Şərhlər

Yaqub 2021-10-30 13:47:33

Zərdabda AQU Problemləri üzrə Dövlət Komitəsinin yerli şöbəsi var.Amma həm də yoxdur. Çünki bu şöbədə heç deyəsən işə də gəlmirlər. Heydər parkında idarələri var amma ora nə gələn nə gedən görünmür. Rayonun ictimai həyatında isə heç kim onları tanımır belə. Hələ deyəsən bura Regional şöbədir. Onda belə çıxır ki, heç regionda bu idarə işləmir.....

Qulu 2021-10-30 12:59:54

Sosial şəbəkədə yayımlanmasaydı ay tövbə bu Dövlət komitəsinin heç xəbəri olmayacaq, olsa belə görməməzliyə vuracaqdılar. Bu komitə kimə və nəyə lazımdır bilmirəm ama 100 faiz bu xalqa lazım deyil. Bahara deyirsiz də hə bu başqa məsələ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol