İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub. Bildirilib ki, Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək, qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.
Bundan sonra azyaşlının nənəsi Sənubər xanım qızını götürərək, həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.
“O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, - bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.
Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb. S.Şükürov qeyd edib ki, anası bilərəkdən hadisəni gizlədib. Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Şərhlər
Belə bir rəzilliyi, Kişi adına ysraşmayan binamus cinayəti törədəni xalqın gözü qarşısında güllələmək, belə "ananı" isə asmaq lazımdır!!!
Ana ere getmek evezine qizi ile meshgul olub, ona terbiye vermeliydi..Qiz ushagini bashqa er qapisina apararlar, ozude qeyri-resmi(yeni firlandigi adamin evine)? Maymaq ana
Zorlamanı törədən gədənin sifətindən murdarlıq yağır.......Unutmaq olmaz ki,bu hadisələr daha çox otel sahibləri tərəfindən törədilir.Güzaranlarını fahişəxanalardan qazanılan pulla quranlar da elə 11 yaşlı qızı zorlayan əbləhdən fərqlənmirlər.