Menu

"Qarabağ" fanatları "Neftçi" ilə oyunda şəhid azarkeşin nəhəng pankartını qaldırıb

30.10.2021, 19:36
"Qarabağ" fanatları "Neftçi" ilə oyunda şəhid azarkeşin nəhəng pankartını qaldırıb

"Qarabağ" fanatları "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur oyununda anlamlı jest edib.

"Report" xəbər verir ki, "İmarət" azarkeş qrupunun yer aldığı tribunada Vətən müharibəsində şəhid olmuş Məhəmmədəli İbrahimlinin nəhəng pankartı qaldırılıb.

Qeyd edək ki, qarşılaşma ilk hissə oynanılır və hesab açılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol