Menu

Türkiyədə rus turistləri daşıyan avtobus aşıb: Yaralılar var

31.10.2021, 22:41
Türkiyədə rus turistləri daşıyan avtobus aşıb: Yaralılar var

Antalyada rus turistləri daşıyan avtobus qəza törədib. Şəhərdəki Rusiya Baş konsulluğundan yayılan məlumata görə, sürücü idarəetməni itirərək qarşı yola çıxıb.

Avtobusun aşması nəticəsində 12 sərnişindən 9-u yaralanıb. Onların xəstəxanaya çatdırıldığı bildirilib.

Mənbə: “RİA Novosti”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol