Menu

Nigeriyada 21 mərtəbəli bina uçdu - Çox sayda ölənlər var

01.11.2021, 23:06
Nigeriyada 21 mərtəbəli bina uçdu -  Çox sayda ölənlər var

Nigeriyanın ticarət mərkəzi sayılan Laqos şəhərində 21 mətəbəli bina uçub.

Xarici KİV-də yayılan məlumatlara görə, inşaat mərhələsində olan binanın dağıntıları altında tikinti şirkətinin sahibi başda olmaqla, 50 nəfərdən çox işçi qalıb.

Artıq bir neçə nəfər dağıntılar altından çıxarılıb. Onların yüngül xəsarət aldığı bildirilib.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol