Biz "Su-25"lə yeni bombalar tətbiq etdik. Xüsusən lazer yönümlü bombaları ki, bizə dəqiq zərbə endirməyə imkan verib".
"AzPolitika.info" xəbər verir ki, general-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər" ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib.
"Vətən Müharibəsindən qabaq deyirdilər ki, iki dəfə bomba eyni yerə düşə bilməz. Biz göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olar", - deyə Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin də böyük payı olub.
İTV xəbər verir ki, helikopterlərimiz döyüş vaxtı böyük çətinliklərə rəğmən düşmənin texnikalarının sıradan çıxarmağı bacarıb.
Müharibə vaxtı lentə alınan və heç yerdə yayımlanmayan görüntüləri sizlərə təqdim edirik:

Şərhlər
Mən bu texniki-taktiki açıqlamarı anlamıram? Bizlər reklam edir, ya İsraildən İrana qədər hədsiz təhlükəli silahları olan və Ermənistanla birgə güclərə hərbi dərs verirsinizmi? Hər bir döyüşçünün şücaətindən, həlak olmaların səbəblərindən geniş və daha bədii danışın və yazın, lütfən! Türk-Azərbaycan xilaskarı AXCçi müdafiə nazirimizi təyin olandan hər an HÜQUQ MÜDAFİƏÇİSİ müşayiət edirdi! Həmin tip Azərbaycan Hüquq Müdafiəçiləri bircə dəfə belə azərbaycanlıların əzəli insani hüquqlarının millətçi ermənilər tərəfindən hətbi terror-soyqırım zoru ilə alınmasından bircə dəfə danışmayıb, söz belə açmayıblar?