Menu

Türkiyədə Qarabağ Zəfərinə həsr edilən beynəlxalq turnir keçiriləcək - VİDEO

02.11.2021, 11:52
Türkiyədə Qarabağ Zəfərinə həsr edilən beynəlxalq turnir keçiriləcək - VİDEO

Noyabrın 5-dən 8-dək Türkiyənin Alanya şəhərində beynəlxalq futvolley turniri keçiriləcək. Oxu.Az-a verilən xəbərə görə, “Qarabağ zəfəri kuboku” adı altında keçirilən yarış II Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunub.

Turnirdə Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləriləri də mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnir “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü, Dünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol