Menu

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

02.11.2021, 23:26
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 355 minə yaxın insanın yaşadığı Ambon şəhərindən 457 km cənub-şərqdə 95 km dərinlikdə yerləşir.

Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol