Menu

Bolqarıstan Türkiyə sərhədinə nəzarəti gücləndirir - Ölkə qaçqın axınına hazırlaşır

03.11.2021, 00:04
Bolqarıstan Türkiyə sərhədinə nəzarəti gücləndirir - Ölkə qaçqın axınına hazırlaşır

Bolqarıstan Türkiyə ilə sərhədə 350 hərbçi yerləşdirib. Onlar qeyri-leqal miqrantların qarşısının alınmasında polislərə kömək edəcəklər.

Son günlər burada miqrant axınları xeyli güclənib. Bu barədə noyabrın 1-də «bTV» bolqar telekanalının efirindən müdafiə naziri əvəzi Georgi Panayotov xəbər verib.

«Hərbçilər sərhədçilərə dəstək üçün Bolqarıstan-Türkiyə sərhədinə gəliblər» - nazir xəbər verib və əlavə edib ki, sərhəddə həm də 40 ədəd texnika yerləşdirilib.

Bolqarıstan DİN-nin məlumatına görə, cari ilin əvvəlindən ölkənin sərhədlərini 6,3 mindən çox miqrant keçib ki, bu da 2020-ci ilin 9 ayında olduğundan 3 dəfə artıqdır.

Türkiyə ilə 270 kilometr sərhədi olan Bolqarıstan açar marşrutların birində yerləşir. Bu marşrutlardan Yaxın Şərq və Əfqanıstandan olan miqrantlar Avropa İttifaqına daxil olmaq üçün istifadə edirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol