Menu

Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada görüşüb

03.11.2021, 13:57
Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada görüşüb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə görüşüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Amerika tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə S. Narışkin və U. Berns Rusiya və ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığını müzakirə ediblər.

Görüşdə əsas diqqət beynəlxalq terrorizmlə mübarizəyə, Rusiya-ABŞ münasibətləri kontekstində qurumlararası əməkdaşlıq məsələlərinə yönəldilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol