Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın bacısı Şəbnəm Quliyeva ifadə verib.
O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.
Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.


Şərhlər
Heç 2- ci Dünya müharibesi canileri üçün qurulmuşNurunberq mehkemesi bele uzun çekmemişdi.İndi sual vermek isteyire bizim hpqğq mühafize orqanlarını hörmetli rehberlerine:Bir Vetendaş olaraq Sizin emekdaşkarın peşekarlığına,Haqqı ve edaleti ,Qanunların Aliliyinin qoruduqlarına Biz inanaq ta inanmayaq.Belke bu işin açılması üçün ABŞ-a BMT-ye kömek üçün mğraciet edek.İndi biz nece inanaq ki biz orqanjar terefinden qorunuruq ve bizim Haqqımuzı kimse rapdaya bilmez.
ABŞ prezidenti Bill Klinton hakimiyyetde okanda onun partiyasından olan bir ABŞ vetendaşı Bakının gece barlarındam birinde qetle yetirilmişdi.ABŞ Federal tehlğkesizlik xidmetinin emekdaşkarı Bakıya gelib bu cinayetin üstünü iki üç güne açıb bizimkilere tehvil verdiler.Sonra melum oldu ki bu şexs qemıseksualist imiş ,bu heç.Söhbet ABŞ vetendaşının harda olmasında asılı olmayaraq ona sahib çıxmasından gedir.İndi Azerbaycanın bir kendinde iki il bundan qabaq qetle yetirilmiş 10 yaşlı mesum günahsız bir körpenin qatillwri bizim hğquq mğhafize orqankarı terefinden tapılıb cezalandırılmır.