Menu

İcbari Tibbi Sığorta Dövlət Agentliyi 5 mln manatlıq 3 tenderə yekun vurub

04.11.2021, 09:13
İcbari Tibbi Sığorta Dövlət Agentliyi 5 mln manatlıq 3 tenderə yekun vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi immunobioloji dərman vasitələrinin (1), tibb müəssisələri üçün spesifik dərman vasitələrinin (2), eləcə də ana və uşaqların sağlamlıqlarının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə sərfiyyat mallarının (3) alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Esam LTD” və “Referans Pharmaceuticals” MMC-lər (1), “Esam LTD”, “Referans Pharmaceuticals” və “Yurd Pharma” MMC-lər (2), “Araş” firması, “Medsol” MMC, “Besan” MMC və “Paşa-K” firmasıdır (3).

Qalib şirkətlərə 217,3 min manat, 1 476,5 min manat (1), 568,3 min manat, 1 192,9 min manat, 647,3 min manat (2), 492,7 min manat, 117 min manat, 57,7 min manat və 48,9 min manat (3), ümumilikdə isə 4 818,6 min manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol