ABŞ Azərbaycanda da istifadəsi iddia olunan "Pegasus" casus proqramı istehsal edən şirkətlə ticarəti dayandırıb."AzPolitika.info" BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar mobil telefonlar üçün olan "Pegasus" casus proqramlarını istehsal edən İsrail NSO Group şirkətini "qara siyahı"ya salıb.
Bu ilin iyulunda "Pegaus" proqram təminatı vasitəsilə bəzi ölkələrin fəalları və jurnalistlərin izlənməsi üçün istifadə edildiyi üzə çıxıb.
ABŞ-ın NSO Group-un "qara siyahı"sına salınması o deməkdir ki, bu şirkətlə hər hansı işgüzar əlaqə qadağan edilir. NSO Group isə verdiyi açıqlamada bu qərardan dəhşətə gıldiklərini bildirib və onların texnologiyasının ABŞ-ın milli təhlükəsizliyini terror və cinayətdən qoruduğunu vurğulayıb.
Şirkət uzun müddətdir ki, öz proqram təminatını dünyada insan haqları sahəsində yaxşı təcrübəsi olan ölkələrlə əməkdaşlıq etdiyini açıqlayıb. Buna baxmayaraq, bu ilin əvvəlində mediada yayılan xəbərlərdə şirkət öz texnologiyasını avtoritar hökumətlərə satmaqda ittiham olunub.
ABŞ Ticarət Departamenti bildirib ki, onların bu qadağa qərarı şirkət tərəfindən istehsal edilən casus proqram təminatının xarici hökumətlərin rəsmilər, jurnalistlər, iş adamları, fəallar, elm adamları və səfirlik əməkdaşlarına qarşı istifadə edildiyinə dair sübutlara əsaslandıb.
"Pegasus" "iPhone" və "Android" cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
"AzPolitika.info"


Şərhlər