Menu

İki boksçumuz Avropada medal qazandı

28.10.2014, 09:36
İki boksçumuz Avropada medal qazandı

Azərbaycan milli komandasının iki üzvü yarışı bürünc medalla başa vurub

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi başa çatıb.

ANS PRESS-in Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən aldığı məlumata görə, Azərbaycan milli komandasının iki üzvü yarışı bürünc medalla başa vurub.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarımfinalda Bolqarıstan təmsilçisi Daniel Asenova uduzaraq, 3-cü yerlə kifayətlənib – 1:2.

Superağır çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov da Avropa birinciliyini 3-cü yerdə başa vurub.

Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Peter Kadiruya məğlub olub – 0:3.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol