Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub. APA xəbər verir ki, sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib.
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov DTX tərərfindən saxlanılıb. Bu haqda Musavat.com-a mötəbər mənbədən məlumat daxil olub.
Əldə edilən məlumata görə, Xəyyam Abidinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xəyyam Abdinovun cinayət əməllərinin mahiyyəti barədə məlumat əldə etdiyi təqdirdə əlavə məlumat təqdim ediləcək.
Musavat.com bildirir ki, Xəyyam Abidinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılmışdır.
Xəyyam Abidinov mədəniyyət və incəsənət aləmində böyük nüfuza malik bir şəxs olub və onun fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib. Görünür, onun ciddi qanunazidd əməli olub ki, barəsində bu cür sərt tədbir görülüb.
***
Müasir İncəsənət Muzeyinin yeni direktoru Rövlan Əliyev sabiq direktor Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Qafqazinfo"ya açıqlamasında R. Əliyevbildirib ki, Xəyyam Abdinov uzun muddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub: “Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur”.

Şərhlər
Şəki Mədəniyyət İdarəsinin müdiri Mirvari nə vaxt həbs olunacaqdır ??