Menu

"Nəticədən narazıyam" - Kurban Berdıyev

04.11.2021, 23:09
"Nəticədən narazıyam" - Kurban Berdıyev

"Dünən də dediyim kimi, ağır oyun alındı. Təəssüf ki, qapımıza gələn 2 zərbə qolla nəticələndi. Oyundan müəyyən qədər məmnunluq olsa da, nəticədən narazıyam".

"Report"un məlumatına görə, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis əks-hücumlarda qol buraxdıqlarını bildirib: "İndi biz nə istəsək, deyə bilərik. Amma qol epizodlarının boşa verilməsi bizi ruhdan saldı".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol