Menu

Konfrans Liqası: "Bazel" heç-heçə edib, Ermənistan klubu yenə uduzub

05.11.2021, 00:27
Konfrans Liqası: "Bazel" heç-heçə edib, Ermənistan klubu yenə uduzub

UEFA Konfrans Liqasının qrup mərhələsində IV tura start verilib. "Report"un məlumatına görə, 16 qarşılaşmadan 10-u artıq başa çatıb.

"Qarabağ"ın yer aldığı H qrupunda İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə heç-heçə edib - 1:1. Bununla da Ağdam təmsilçisinin pley-offa adlaması dəqiqləşib. Görüşdə hesabı meydan sahibləri açıblar. 17-ci dəqiqədə Andronikos Kakoulli fərqlənib. 57-ci dəqiqədə isə Liam Millar tarazlığı bərpa edib.

B qrupunda mübarizə aparan Belçika "Gent"i isə bu turda 1/8 finala birbaşa vəsiqəni rəsmiləşdirə bilərdi. Bunun üçün komanda evdə Serbiya "Partiza"nını məğlub etməli idi. Lakin rəqibi ilə heç-heçəyə razılaşan meydan sahibləri şansını növbəti tura saxlayıb.

4 noyabr

UEFA Konfrans Liqası, qrup mərhələsi

IV tur

A qrupu

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - HİK (Finlandiya) - 3:0

21:45. LASK (Avstriya) - "Alaşkert" (Ermənistan) - 2:0

Xal durumu: "Makkabi" - 10, LASK - 10, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

19:30. "Flora" (Estoniya) - "Anortosis" (Kipr) - 2:2

21:45. "Gent" (Belçika) - "Partizan" (Serbiya) - 1:1

Xal durumu: "Gent" - 10, "Partizan" - 7, "Flora" - 2, "Anortosis" - 2.

C qrupu

21:45. "Zarya" (Luqansk, Ukrayna) - "MOİK-Sofiya" (Bolqarıstan) 2:0

00:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

Xal durumu: "Budyo Qlimt" - 7, "Roma" - 6, "Zarya" - 6 (4 oyuna), "MOİK-Sofiya" - 1 (4).

D qrupu

21:45. AZ (Niderland) - ÇFR (Kluj, Rumıniya) - 2:0

21:45. "Randers" (Danimarka) - "Yablonets" (Çexiya) - 2:2

Xal durumu: AZ - 10,"Yablonets" - 5, "Randers" - 4, ÇFR - 1.

F qrupu

21:45. "Linkoln" (Cəbəllütariq) - "Slovan" (Bratislava, Slovakiya) - 1:4

00:00. PAOK (Yunanıstan) - "Kopenhagen" (Danimarka)

Xal durumu: "Slovan" - 7, PAOK - 7, "Kopenhagen" - 6, "Linkoln" - 0 (4).

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:2

21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə) - 1:1

Xal durumu: "Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol