Menu

Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb

05.11.2021, 12:04
Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb

Gələn il Milli Məclisdə deputatlarının təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, VI çağırış Milli Məclisində deputatları təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol