Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, A.Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edilib.
Onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcələssinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq hərəkətləri davam etdirilir.
***
Bakı şəhəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva həbs edilib. Unikal.org saytının məlumatına görə, o, yol verdiyi dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
A.Əliyeva barəsində artıq məhkəmə qərarı da var.
Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının sədr müavini və YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının sədri olub.
O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

Şərhlər
Yap- ən icra katibliyi 2003- ve ildəki Prezident seçkilərini yola vermək və bundan sonra onun Dadır və ləyaqətli üzvlərini sıradan çı xarmsq üçün yaradılmışdı. Əli Əhmədov da müavinləri ilə bu missiyanı yerinə yetirdi. 2005-ci ildən sonra YAP iqtidara siyasi imitasiya üçün lazım idi, Heç görmüsünüzmü YAP icra katibliyi hansısa üzvünü müdafiə etsin. Yox. Əksinə ilk imkandan öz sadiq üzvlərinə dərin quyu qazıb fatifəsini həvəslə verib. YAP icra katibliyi partiyanın qəbirqazıyanıdır
Niyə rüçvıtxorluq,büdcə yeyintisi,özbaşınalıq etmiş iri vəzifəli məmurlar (mısələn Abutalıbov,İbrahimovlar, Məmmədovlar,Mahmudov,Qarayev ,və digərləri ), indiyə qədər məsuiyyətə cəlb edilməyiiblər?
Ölkədə qanunları saymayan dələduzrüşvətxorlariri oğrular YAP-in fəallarıdır.Nədənsə onların cinayətləri yuxarıdan mühafizə olunur.Misal olaraq hələ də azadlıqda olan nazirlər,İcra başçıları və digər YAP-çıları hamı tanıyırş.e
1993-cü ildə ad.soyad dəyişikliyinə icazə verən qanun dərhal ləğv olunmalı və keçən müddət ərzində baş verən dəyişikliklər əvvəlki ad və soyadlarla yenilənməlidirYaınız o zaman bəlli olar ki, aramızda nə qədər milliyyətini dəyişmiş casuslar var.Elə bu qanunun məqsədi də belə casusları gizlətmək üçün düşünülmüş qərar olduğu insanlar tərəfindən aydın idi.Ancaq ?.sb
Yəqin ki Bələdiyyədə başına topladığı qadınlar da erməni əsili olublar Adalət araşdırmanı davam elə
Belə aydın olur ki bütün talançılar ....yığışıblar YAP-a. ..
Partiyanın təşkilatıarının binalarını avrostandartlara uyğun düzəldib içini də belələrindən ibarət İH başçılarının manikenləri ilə doldurdular. Xalq da bu binalara " başçının hərəmxanası" , " gözəl qadınlar klubu" adını qoydu. İndi yavaş- yavaş belə " üzvülər" in zibilləri çıxmaya başlayır. Odur ki, təcili bunları təşkilatlardan rədd etmək vacibdir.
Bu iş Şəki İHB-nın müavini Zərinə Cavadova və Ərazi təşkilat şöbəsinin müdiri Rəfail Manafov haqqında bu xeyr iş vaxt olacaq ??
Bu birinci deyil ki? Görün nrçə YAP-çı İcra başçılarl,ı.nazirlər həbs olunublar.Bunlardan başqa kənarda saxlanılan nə qədər dələduz YAP-çılar ( Ziya,,Fazil Məmmədovlar, İbrahiovlar, Mahmudov,Çovdarov və sair YAP-çılar var. bBunlar təsdiq etmirmi ki, YAP nə partoyadır v kimlərdən ibarətdir.Limiti bitmiş partiya!mt
Aytac,həqiqətən dələduzdur.Bələdiyyədə başına topladığı qadınlar da ondan geri qalmırdılar.Aytac Əliyevə,uzun illər "Azərbaycan Gəncləri" qəzetinin əməkdaşı olan,erməni əsilli Pərviz Xosrovoviç Əliyevin qızıdır.90-cı ilə kimi hamınızın onu ağdamlı kimi tanıdığı bu adam sonradan erməni əsilli olub özünü azərbaycanlı kimi qələmə verdiyi məlum oldu.Belələri aramızda çoxdur.