Menu

Azərbaycanda yenidən şagirdlərin yerdəyişməsinə başlanılır

05.11.2021, 16:11
Azərbaycanda yenidən şagirdlərin yerdəyişməsinə başlanılır

Noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.

Şərhlər

Qoca Molla 2021-11-05 16:53:55

Bakı şəhərində tıxacların baş verməsinin ən böyük səbəblərindən biridir bu hal. Atasının pulundan, vəzifəsindən asılı olmayaraq istisnasız bütün şagirdlər yaşayış yerlərinə ən yaxın məsafədəki məktəbdə oxumalıdırlar. Yoxsa kənarda olanda uşağı gətirən avtomobilllər tıxaca sbəb olurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol