Menu

Zakir Həsənov cəbhə zonasında döyüşə hazırlıq səviyyəsini yoxlayır - Foto

28.10.2014, 10:50
Zakir Həsənov cəbhə zonasında döyüşə hazırlıq səviyyəsini yoxlayır - Foto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlayır.

AzPolitika.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yoxlama Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin tapşırığına əsasən aparılır.

Müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi görülən işlər, şəxsi heyətin döyüş tapşırığını yerinə yetirməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.

Artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.

Əsgər yeməkxanasında nahar edən müdafiə naziri hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb. Hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşən nazir onların qısa müddətdə sağaldılaraq xidmət yerlərinə qayıtmaları barədə həkim heyətinə göstərişlərini verib.

Hərbi hissələrin ərazisində təmir-tikinti işləri aparılan obyektlərdə və əsgər kazarmalarında olan müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılmasını və qışa hazırlığın keyfiyyətli təşkilini tapşırıb.

[gallery columns="4" ids="65080,65081,65082,65083,65084,65085,65086,65087"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol