Menu

Hərbi cani Serjikin anası öldü - Torpağımız Noranın cəsədi ilə murdarlanacaq

07.11.2021, 21:36
Hərbi cani Serjikin anası öldü - Torpağımız Noranın cəsədi ilə murdarlanacaq

Xocalı hərbi canisi Serjik Sərkisyana döşündən zəhərli süd verən qadın, yəni anası öldü. 93 yaşında. Xankəndində. Keçən il arvadı Rita koronadan dünyasını dəyişmişdi.

Sabah - noyabrın 8-də Nora Sərkisyan basdırılacaq. Azərbaycan torpağında, Qarabağda. Amma təkcə elə Xocalı qətliamında birbaşa iştirak edən və britaniyalı konfliktoloq Tomas de Vaala müsahibəsində buna publik şəkildə, həyasızcasına haqq qazandıran bir ikiayaqlı vəhşini dünyaya gətirdiyi üçün Noranın bizim torpaqda uyumağa haqqı yoxdur. Çünki kim nə deyir-desin, insanın yırtıcı kimi yox, insan kimi böyüməsində ana südü, ana tərbiyəsi həlledici rol oynayır.

Demək ki, Xocalıya görə, xalqımız əleyhinə Sərkisyan-Köçəryan cütlüyünün törətdiyi digər qandonduran bütün cinayətlərə görə Nora Sərkisyan da cavabdehdir. İnşallah, heç olmasa, haqq dünyasında bunun cavabını verər, öz payına düşən cəzanı alar. Zira, heç bir normal ana başqa anaların ölümünü, ağlar qalmasını istəməz.

Nora isə yüzdə yüz bunu oğlu Serjikə nəinki qadağan edib, əksinə, zərrəcə şəkk eləmirik, ona bacardıqca çox Türk analarını və onların övladlarını qanına qəltan eləməyi tapşırıb, bu yolda xeyir-dualar verib ona. Ümumiyyətlə, Azərbaycan xalqının da, erməni xalqının da faciələrində övladlarını Türkə nifrət hissi ilə böyüdən erməni anaları 1 nömrəli günahkarlardır!..

Əfsus ki, sabah torpağımız belələrindın biri ilə – Noranın cəsədi ilə murdarlanacaq. Ancaq 8 noyabr Azərbaycanda Böyük Zəfər Günüdür. Yəni Serjik yas içində olanda biz müqəddəs bayramımızı, Qələbəmizin birinci ildönümünü qeyd edəcəyik. Bu da Sərkisyana başqa bir özünəməxsus, lap elə ilahi cəzadır.

Hərçənd, Serjiki Allah adamı, xristian saymaq yanlış olar. Belə cəlladların allahı olmur. Hər boynundan xaç asan xristian deyil ki. “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər biz uşaqlara, qadınlara əl qaldırmarıq, amma yanıldılar” deyən belə məxluqların dini, imanı olmaz. İnancları isə batil olar.

Amma Serjik adlı bu itin hələ bir qədər də nəfəs almasını istərdik. İlahi ədalətin tam təntənəsi üçün. Nə bilmək olar, bu gün-sabah Xankəndində olacaq Xocalı canisi tezliklə Azərbaycan türməsinin “layiqli” sakininə də çevrilə bilər. Hər necə olmasa, bizim vətəndaş sayılır...

Dəqiqi budur ki, Qarabağdakı möhtəşəm quruculuq və bərpa işlərini görən Serjikin balaca ürəyi çox tab gətirə bilməyəcək. Ana itkisi nədir ki. Onu qabaqda daha dəhşətli günlər gözləyir: viran qoyduqları Qarabağı Azərbaycan xalqının qısa zamanda gülüstana çevirməsi. Buna isə nə o, nə də ümumən Qarabağ klanı dözəcək.

Bizcə, bu Serjikə həbsxana həyatından da betər cəza olacaq! Təbii ki, o günədək sağ qalsa, öldürülməsə...

Zahid SƏFƏROĞLU (musavat.com)

Şərhlər

Niyaməddin 2021-11-08 10:28:27

Gorbagor, məkanı cəhənnəm olsun! Allah daxilimizdəki və xaricimizdəki düşmənlərin belini qırsın!

Anar Əhmədov 2021-11-08 07:26:17

Gorbagor olsun ki serjik kimi cani, qatil böyüdüb boya-başa çatdırıb

İsmayıl 2021-11-08 00:09:24

Tarixdə bundan da böyük din düşmənləri ölüb getmişdir. Lakin İslam peygemberi ölən adamları söymemeyi emr etdi bu ümmətə. O kəslər ki bir başa peygəmbərə qarşı vuruşdular və öldülər,onları söyən kimsələri bir baş peygəmbər susdurdu.Allahın ezabı onlara yetər,əzabı daddılar vəssalam. Deyilecek söz bu qədər

Dəxi 2021-11-07 23:50:42

İnsani bəndələri verən Allah onu 94 yaşına qədər saxlayıb ki, nahaq qanın yerdə qalmayacağını görsün! İnanmıram ki, artıq mərhum ermənilərin istər Ermənistabda, istərsə də Azərbaycanda yerli azəri türkləri hərbi dünyəvi gücə, dəstəyə arxalanıb məhv etməsindən narahat olmayıb?

Bəhi 2021-11-07 23:21:20

Qədim Nuh əyyamının sellərdən qurtulub qalmış dağlıq mərkəzindəki toxunulmaz QARDAŞLIQ QƏBRİndə sayı əllidən çox olmayan qədirlərdə azı beş on millətin mübariz nümayəndəri eyni amal uğrunda həlak olub, yatırlar! Vətən şəhidlərimizlə onların da ruhları şad olsun! Ancaq, onların içərisində heç bir hay olmayıb

Eli 2021-11-07 21:22:26

İkincisi bu faşist bu defnde rus sülhmeramlılarına millionlar xercleyib iştirak etse bele bu onun Qarabağa Xankendiye müharibeden sonra birinci ve axırıncı gelişi olacaq.Niye?Ona göre ki bunlar alçaq,cellad olduqları qeder de qorxaq bir milletdir.Bu müharibede de biz bir daha bunun şahidi olduq.Biz burda öz doğma torpaqlarımızı işğaldan azad edende bunlarda Ermenistandan qaçırdılar,bes biz Ermenistana hücum etsek bunların halı nece olar.Bu sebebden bu Serjik anasının qebrine hesret qalacaq.Diger terefden de o çıx gözel bilir ki bizim elimize gec tez keçecek ve cezasını da alacaq.Qısz bir öüddetden sors ise ruslar gedenden sonra bu torpaqlarda it sürüsü yalamayacaq vessalam.

Eli 2021-11-07 21:06:48

Bütün dillerde hsmı Veteni Ana Veten adlandırı ,yeni Ana da ,Veten de Müqeddesdir.İndi baxın görün Allah bunu nece vezalandırır.Sabah noyanrın 8- de bu anasını Xankendinde torpağa basdırsndz bınun düşmenleri millionlarla Müzeffer Türkler bu günü Zefer. günü kimi Bayram edecekler,yeni bunun bir neçe menası bar qanan üçün yeni ay alçaq senin anan da öldü ay vetensiz.

Eli 2021-11-07 20:56:07

Bütün Müqeddes dinler o cümleden bizim dinimiz her hansı canlını şüurlu ve ya şüursuz öldürmeyi qadağan edir,yalnız beşer övlafının qidalanması üçün halal buyurulanlardan başqa.Bu şerefsiz ,nakişi faşist öz torpağında yurd yuva qurub yaşamaw üçün şersit yaradan bizlere birinci fürsetdece xeyanet edib arxadzn vurdu...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol