Menu

"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır" - Zakir Həsənov

08.11.2021, 10:37
"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır" - Zakir Həsənov

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxışı zamanı deyib.

O, bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyini, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu qonaqların diqqətinə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol