Menu

İran Azərbaycanın Ermənistan üzərində qələbəsini alqışlayır

08.11.2021, 13:36
İran Azərbaycanın Ermənistan üzərində qələbəsini alqışlayır

Həmişə Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olmuşuq.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya XİN: “Altılıq platforması” bütün iştirakçıların maraqlarına cavab verir BMTM-nin “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabatının təqdimatı keçirilib Deyvid Merkel: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilmədilər" O, Azərbaycan və İran arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının əhəmiyyətindən danışıb. XİN rəsmisinin sözlərinə görə, hər iki ölkənin rəhbərliyi problemlərin həlli və əlaqələrin gücləndirilməsinə iradə nümayiş etdirir.

S. Xətibzadə qeyd edib ki, son 30 il ərzində İran həmişə Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olub: “Azərbaycanın ərazi bütövlüyünün qorunmasına hörmətlə yanaşmışıq və ərazi bütövlüyünü dəstəkləmişik. Buna görə də, işğal olunmuş ərazilərin azad olunması münasibətilə bu ölkəni təbrik etdik və bu gün də bu qələbənin ildönümünü alqışlayırıq. Bu şəraitdə ən önəmli məsələ mətbuatda və ictimaiyyətdə yaranan bəzi anlaşılmazlıqları aradan qaldırmaqdır”.

Nazirlik rəsmisi vurğulayıb ki, iki ölkənin XİN rəhbərləri və onların müavinləri arasında, eləcə də digər məsul şəxslər arasında nizamlı danışıqlar aparılır: “Ümid edirik ki, bu danışıqlarla iki ölkə arasında anlaşılmazlıqlar aradan qaldırılacaq və əlaqələr daha da inkişaf edəcək”.

Şərhlər

Xeqani 2021-11-08 19:41:41

iran tərəfinin söylədiyi fikir səmimidirsə onda qəbul

Eli 2021-11-08 14:25:03

Muselman dövlete baxın.40million Türkü öz qanı bir dili bir dini bir olan qardaşlarımı tebrik etmeye şersit yaratmır,yalandan diplomatik kanallarla tebrik edir.Bütün müselman qonşuları ile düşmen olub onlara düşmen münasibetini davam etdiren bele müselmanın ermeniden ne ferqi.Ermeninin taleyi bunları da gözleyir ve o günü görerik İnşaallah!

Eli 2021-11-08 14:05:33

İran görün bele bir günde hansı seviyyede bizi tebrik edir.Ele bil beş gün bundan qabaq bize hede qorxu gelen bunlar deyildi30 illik işğaq dövründe bunlar qeder Ermenistana dayaq olub kömek eden ikşnci bir dövlet yoxdur.Heç xristian dövletler bunlar kimi etmedi.Bu şerefsiz ise gözünün içine qeder saxtadır yalançıdır.Bu farsermeni dövleti de öz cezasını alacaq bunların kökü ermeni özleri ise bütün müselman dünyasına qenim kesilen köksüz bir milletdir.Allah cezalarını verer İnşaallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol