Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gələcək.
“Sputnika Armeniya” xəbər verir ki, məlumatı Rusiya Cənubi Hərbi Dairəsi yayıb. Bildirilib ki, noyabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti yerəşdirilməsinin bir ili tamam olur.
Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov Müdafiə Nazirliyinin 200-ə yaxın medalını özü ilə birlikdə gətirir. Hərbi xidmətdə fərqlənənlər həmin medallarla təltif ediləcəklər.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib. R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib.
Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-mayor Mixail Kosobokov rəhbərlik edir.

Şərhlər
Gəncəli adı ilə yazana: Qardaş Muradovda nə günah, bütün ssenari Moskvada qurulur, Muradov icraçıdır, cavan adamdır, general, böyük bir ölkənin, dövlətin müdafiə sahəsinin 10-15 nəfərindən biri, bu boyda karyerasını itirmək istəmir. Moskva da müsəlmanı-müsəlmanla üz-üzə qoyur. Bu münaqişəni Moskva hələ 18-ci əsrin axırlarından ( Ağa Məhəmməd şah Qacarı Şuşada öldürtməklə) yaradıb və bu gündə sönməyə qoymur, çəkilsə kənara, 3-5 günə münaqişə də bitər. Uzağı 30-40 min erməni də dalın tutub qaçıb gedər və bununla da münaqişə bitər, amma Moskvanı bu variant qane etmir...
Anlaşılması mümkün olmayn məsələdir.Məgər Muradov Azərbaycana soxuşdurulmuş "sülh məramlılari" ermənistandan idarə edir? Axı qoşunlar Azərbaycan razisindədir.Niyə Muradyan Qarabağa Yerevandan gəlir? Bunu bir düşünən,analiz edən,Muradyanın missiyaının nə olduğunu aanlyan yoxdur? Belə biabırçılığın sbbi maraqlıdır.Axı Qarabağa getmək üçün Bakı vl
Rüstəm Muradovu Qarabağdan ayırmayan Putin,görünür,növbəti müharibəyə hazırlaşır və R.Muradovu da,ola bilsin ki,komandan qoyacaq.Güman ki,Nacmuddin Sadıkovdan kifayət qədər Azərbaycan ordusunun sirrini öyrənən bu adam,ermənilər arasında fırlanmaqla növcbəti müharibə üçün ətrafına qüvvələr toplasyır.Biz,erməni diversantları azad etdiyimizə görə etdikləri terrora üçün ermənilər də hansısa cəzadan qormurlar.