Menu

Hulusi Akar Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışıb

09.11.2021, 12:02
Hulusi Akar Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışıb

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin səlahiyyəti və fəaliyyətinin sərhədləri məlumdur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, mərkəzin müəyyən çərçivədə fəaliyyəti üçün bütün səylər göstərilir: “Burada məqsədimiz atəşkəsin davamlı qorunması və atəşkəsin təmin olunması ilə yanaşı bölgəyə sabitliyin gəlməsdir. Bu istiqamətdə ciddiliyimizi, səmimiyyətimizi, dostluğumuzu ortaya qoyduq və qoyururq. Burada hər hansı bir sui-istifadə halı yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol