Menu

"Azərbaycan Ordusunu Türkiyə modelinə uyğunlaşdırmaqda davam edirik" - Müdafiə Naziri

09.11.2021, 12:30
"Azərbaycan Ordusunu Türkiyə modelinə uyğunlaşdırmaqda davam edirik" - Müdafiə Naziri

“Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə biz müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilatlı ştat tədbirləri həyata keçirdik”.

"Report"un xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Cənab Prezidentin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik”, - Z.Həsənov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol