Menu

"Yeni rüsumlar bazarda qiymətlərə təsir edir" - Deputat

10.11.2021, 13:17
"Yeni rüsumlar bazarda qiymətlərə təsir edir" - Deputat

"Biz bu yaxınlarda komitə iclasında bir neçə qanuna dəyişiklikləri müzakirə etdik. "Dövlət rüsumu haqqında" qanunda çox ciddi dəyişikliklər edilməlidir".

"Report"un xəbərinə görə, bunu deputat Vahid Əhmədovnoyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır: "Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. "Dövlət rüsumu haqqında" qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol