Menu

"Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur" - Sahil Babayev

10.11.2021, 16:24
"Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur" - Sahil Babayev

"İqtisadi Şuranın iclasında sosial ödənişlərin artırılması ilə bağlı ən çox məsələ qaldıran qurum bizik. Təbii ki, bu, belə də olmalıdır".

"Report"un xəbərinə görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bizim heç bir zaman kiminsə ödənişinə qənaət edilməsi ilə bağlı niyyətimiz yoxdur. Bizim məqsədimiz odur ki, mənimsəmənin, cinayət işlərinin və saxtakarlığın qarşısı alınsın, şəffaflıq olsun. Haqqı çatan insanlar isə bu imkanları əldə etsinlər", - deyə o vurğulayıb.

Şərhlər

Niyaməddin 2021-11-12 08:32:23

Sən və sənin kimilərin niyyəti hər bir vətəndaşımıza bəllidir. Allah ədalətsizlərin, zalımların belini qırsın!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol