“Büdcə sistemi haqqında qanunun 21-ci maddəsinə əsasən, Milli Məclis və Hesablama Palatası büdcə zərfinin icrasına nəzarəti həyata keçirməlidir. Amma faktiki olaraq Milli Məclisin belə səlahiyyəti yoxdur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, beynəlxalq maliyyə institutları büdcə proqnozlarında kənarlaşmaların olmamasını əsas amillərdən biri hesab edirlər: “Bizim büdcədə bu qədər fərqin olması başa düşülən deyil. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların artıq proqnozlaşdırılacağı göstərilir. Burada sözsüz ki, kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflıq tədbirləri öz rolunu oynayır. Amma fərqin bu qədər artıq olması anlaşılan deyil. Digər tərəfdən, dövlət borcu ilə bağlı məsələyə də diqqət çəkmək lazımdır. Daxili dövlət borcları ilə bağlı ödəniş 232 milyondan çoxdur. Xarici dövlət borclarını başa düşmək olar. Daxildə isə borclanmanı qiymətli kağızlar bazarına töhfə verəcəyi ilə əlaqələndirmək nəticə verə bilməz. Dövlət müəssisələrindən vergi daxilolmalarının miqdarı çox azdır. Necə olur ki, özəl müəssisələrdən daxilolmalar çox olur, amma dövlət müəssisələrindən daxilolmalar az olur? Ona görə də düşünürəm ki, bu qurumlar özəlləşdirilməlidir. Bu islahatlar dərinləşdirilməlidir. Böyük islahatlara ehtiyac var. Mütləq böyük özəlləşdirməyə getmək lazımdır ki, iqtisadiyyatda rəqabət mühiti güclənsin”.


Şərhlər
İnsanın ağlı çaşanda hər cür sayıqlaya bilər.Nəqliyyatı özəlləşdirdiniz.Nə oldu? Pərakəndəlik və özbaşınalıq!Sənayeni məhv etdiniz ! Nə oldu? Adi corabları xaricdən gətirdiniz.Heft fondu yaradıb,neft gəlirlərini özəlləşdirdiniz.Nə oldu?Neft gəlirləri cibərə axdı! Maşınqayırma sənayesuini dağıtdınız! Nə ldu? Xaricdən neft emal avadanlığınıı 4-5 dəfə baha almağa məcbu oldunuz.Budur özəlləşdirmənizin nəticəsi? Öncə hesablamağı bacarmaq vacibdir!
Ölkə bazarı da, qalan əhaliinin imkanı da buna dirçəldilməyib?
Dövlət müəssisələrindən vergi daxilolmaları ona görə azdır ki bu müəssisələrə nəzarət edən və sərancamı verən məmurlar saxtakarlıq edərək vergidən yayınır. Elə həmin nazir və məmurların özəl sektordakı şirkətləri də çox böyük məbləğdə vergidən yayınır. Yoxsa özəl sektordan vergi daxilolmaları bundan 10 qatlarına çox olar. Yəni özəlləşmə məsələsini araya soxmaq və onu bəhanə etmək əsassızdır.
Bunun təklifi deyil.Tapşırıblar. Həm də özəlləşdirilsə ümid edər ki, yerə töküləndə buna da nəsə düşər.
Qüdrət xalqa xeyirli heç nə təklif edən deyil. Kimlərinsə sifarişidir
Əslində bütün nə varsa milliləşdirilib yenidən özəlləşdirilməlidir. Çünki çox böyük ədalətsizliklərə yol verilib.n Bir neçə regiyonun klanları ayrıseçkiliy edib Azərbaycanı işğal ediblər. Hər şey bu ölkədə onlarındır. Qalanlar vda qul nökər