Menu

Lüksemburq millisinin 2 futbolçusu vaksindən imtina edib

11.11.2021, 00:42
Lüksemburq millisinin 2 futbolçusu vaksindən imtina edib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Lüksemburqun 2 futbolçusu peyvənd olunmayıb. "Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Lük Holts yerli mətbuata açıqlamasında deyib.

52 yaşlı mütəxəssisin sözlərinə görə, oyunçulardan biri isə yalnız ilk dozanı qəbul edib: "Mən həkim deyiləm, amma peyvəndin cəmiyyətin xeyrinə olduğunu bilmək üçün bunu bir az başa düşmək kifayətdir. Əvvəlcə mənim də narahatlıqlarım var idi, amma bir çox ölkədə və xəstəxanada baş verənləri gördükdən sonra başqa seçimimin olmadığını anladım".

Holts artıq sözügedən futbolçularla söhbət etdiyini bildirib: "Koronavirus xəstəliyinin uzunmüddətli fəsadları onların karyeralarına təsir edə bilər. Niyə futbol həyatlarını təhlükə altında qoyduqlarını başa düşmürəm. Bunu oyunçulara izah etməyə çalışdım. Təəssüf ki, bəzi insanların beynində qavrama probleminin olduğunu görürsünüz. Bu halda danışmağa davam etməyin mənası yoxdur".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol