Menu

Rusiya qırıcıları İdlibi bombalayıb - 5 mülki şəxs ölüb, 4-ü yaralanıb

11.11.2021, 17:03
Rusiya qırıcıları İdlibi bombalayıb - 5 mülki şəxs ölüb, 4-ü yaralanıb

Suriyanın İdlib bölgəsini Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, Rusiyaya məxsus qırıcılar noyabrın 11-də günorta saatlarında İdlibə hava hücumu edib.

Bildirilib ki, İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına “Su-34”ün etdiyi üç hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçirib. Tədbirin yekununda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan razılaşmaya baxmayaraq, Bəşşar Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edirlər.

Şərhlər

Niyaməddin 2021-11-12 09:03:40

Allah rus dövlətinə, putinə, suriya dövlətinə, bəşər əsədə, bütün məsum insan qatillərini bol-bol lənət eləsin! Allah zalımların belini qırsın! Məzlumların ahını bütün zalımları tutsun, olmazın zülmlər, əzablar çəksinlər! Amin, Amin, Amin!

t.ədalət 2021-11-11 17:38:14

Allah Rusiyanın sonunu gətirsin.Körpələrin,qocaların və sivil insanların qatili olan putinçi rusiyaya lənət olsun!

İsmayıl 2021-11-11 17:14:05

Bəşər Əsəd qaşınır yenə rus köpəkləri ilə birlikdə. Allahım artıq kəs bu məxluqun nəfəsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol