Menu

Konqoda qayıq batıb, 8 nəfər ölüb, onlarla insan itkin düşüb

11.11.2021, 23:20
Konqoda qayıq batıb, 8 nəfər ölüb, onlarla insan itkin düşüb

Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətinin Kalehe bölgəsində 120 sərnişini olan qayıq batıb. "Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hadisə nəticəsində 8 nəfər ölüb. İtkin düşənlərin sayı 40-a yaxındır.

Qayığın hansı səbəbdən batdığı hələ məlum deyil.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol