Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi komandadakı gələcək taleyindən danışıb.
"Report"un məlumatına görə, bu barədə İtaliyalı mütəxəssis evdə Lüksemburqa 1:3 hesabı ilə uduzduqları dünya çempionatının seçmə oyunundan sonra açıqlama verib.
"Belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam", - deyə o vurğulayıb.


Şərhlər
BYAZİNİN HEÇ BİR GÜNAHI YOXDUR.GÜNAHKAR AFFA-DIR.QURBAN QURBANOV KİMİ MÜTƏXƏSSİSƏ 1 İL İŞLƏMƏYƏ İMKAN VERMƏDİLƏR.ÇÜNKİ,O TƏMİZ ADAMDIR,BƏZİLƏRİ KİMİ KORRUPSİONER DEYİL.QURBANOV KİMİ LAYİQLİ İNSANLAR AFFA-YA SƏRF ELƏMİR.ONLAR ÖZ TAYLARINI AXTARIB TAPIRLAR,AZƏRBAYCANI BİABIR EDİRLƏR.
AZƏRBAYCAN FUTBOL FEDERASİYASI BÜTÖVLÜKDƏ İSTEFAYA GÖNDƏRİLMƏLİDİR.AZƏRBAYCANDA BU SAHƏNİN İŞİ YARITMAZ QURULUB.ORADA GİDDİ YOXLAMALAR APARƏLMALIDIR.QALİB ÖLKƏMİZƏ MƏĞLUB AFFA XƏCALƏT GƏTİRİR.BU TƏŞKİLATDA ŞƏFFAFLIQ ,RAYONLARDA FUTBOLUN İNKİŞAFI ÜCÜN NORMAL ŞƏRAİT YARADILMASA HANSI MƏŞQİCİ GƏLSƏ DƏ XEYRİ YOXDUR.
Bu qeder bas mesqci deyisirik ancaq hecne deyismir demek ki bu defe AFFA rehberliyini deyismek lazimdi o zaman ferqi gorecek her bir futbolsever