Ramiz Mehdiyevin artıq onu qoruya bilmədiyi iddia olunur
Sabiq rabitə və informasiya texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsini tutan Əli Abbasovun həbsinə hazırlıq görülür.
Bu barədə Musavat.com-a özəl mənbələrdən məlumat verilib.
Qaynaq qeyd edir ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudovun cinayətkar quldur dəstəsi ifşa olunandan sonra Əli Abbasov “çətir”ini dəyişdi, MTN şefinin düşməni Ramiz Mehdiyevin yanında qərarlaşdı. Sonrakı dövrdə həbs edilməməsi də Mehdiyevə biət etməsi ilə bağlı oldu. İndi isə vəziyyət dəyişib. Mehdiyev özü mövqelərini itirib, özünü belə qorumaq imkanları tükənib. Əli Abbasov ya növbəti dəfə özünə “çətir” tapmalı, ya da yaxasını istintaqçıların əlinə verməlidir.
Bu gün Əli Abbasovun böyük bir instituta direktorluq etməsi keçmişdə törətdiyi cinayətə bərabər əməllərinin araşdırılmaması anlamına gəlmir. “Rabitə işi”ni vərəqləmək, ətrafının məhkəmələrində dediklərini incələmək kifayətdir ki, Rabitə Nazirliyində illərlə baş verən çeşidli korrupsiya əməllərində onun rolu üzə çıxsın.

Ə.Abbasov rabitə naziri vəzifəsindən elə-belə qovulmayıb. O, rəhbərlik etdiyi nazirliyi faktiki olaraq “mahmudovçu”ların ixtiyarına vermişdi, Rabitə Nazirliyində korrupsiya və rüşvət bataqlığı yaratmışdı. Buna görə də Milli Təhlükəsizlik Nazirliyi ilə paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olundular. Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.
2015-ci il noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Amma Əli Abbasov bu günə qədər həbs edilməyib. O da Eldar Mahmudov kimi yaxasını istintaqdan kənar saxlaya bilirdi. Gələn məlumatlar onu deməyə əsas verir ki, nazir olarkən ətrafının “korrupsiya akademik”i adlandırdıqları Əli Abbasovun azadlıqla vidalaşmaq zamanı çatmaq üzrədir.
Müxtəlif dövlət qurumlarında Əli Abbasovun nazir kürsüsünə oturar-oturmaz topladığı rüşvət haqda müfəssəl məlumat uzun illərdir ki, var. Həmin məlumatlarda Əli Abbasovun Vidadi Zeynalovun əli ilə xərac toplaması xüsusi vurğulanır. Belə ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 4 poçt filial rəhbərləri - Arif Məmmədov, Əvəz Kərimov dərhal tələb olunan 40 min manatı gətirib təqdim edirlər. “Azərpoçt” Dövlət Müəssisəsi rəisi postu 100 min, BTRİB rəisi 300 min, “Aztelekom” İB-in rəisi olmaq 500 min manat, telefon qovşaq rəisləri 50 min ödəməli imiş.
Vəzifədə qalmaq üçün haqq ödəməyən Binəqədi poçt filialının müdiri Feyzulla Məmmədov postu ilə vidalaşıb. Bu hələ harasıdır?

Əli Abbasov nazir postunda ilk addımlarını atdığı günlərdə öyrənir ki, nazirliyin ehtiyat fondunda 8 milyon manat vəsait var. Sonrakı 2 ay ərzində pullar son qəpiyinədək nazirliyin müxtəlif strukturlarının adına təmir-tikinti, avadanlıqların alınması və s. adlar altında köçürülməklə, “otkat”la son qəpiyinəcən geri alınıb. Əli Abbasov mayanı çıxarandan sonra nazirliyin regionlardakı qurumlarına da “əl gəzdirib”.

2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu 300 min manat qarşılığında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkib. Bir müddət sonra isə Nəriman Salmanovun “qara günləri” başlayıb. Əli Abbasovun qeyri-rəsmi kuratoru Eldar Mahmudovun qara maskalıları onu günün günorta vaxtı kabinetindən oğurlayaraq MTN-ə aparıblar.
Orada ona nazir Eldar Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir. Nəriman Salmanov təklifi geri çevirib, birmənalı şəkildə yerinə yetirməkdən imtina edib.
Nəriman Salmanov həmin vəzifədən istefa verib. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Əli Abbasov Eldar Mahmudovun qohumu Beytulla Hüseynovu ora təyin edib. Nazirliyin strukturuna daxil olan gəlirli idarələrdən biri də Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzi olub. İdarəyə Cəlil Cəfərov təyinat aldıqdan sonra mərkəzdə açıq-aşkar korrupsiya əməlləri tüğyan edib. Hesablama Palatası külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı akt tərtib edəndən sonra Əli Abbasov 5 milyon manat “yeyinti”nin dərhal verilməsi tapşırığını verib. Belə faktlar Əli Abbasovun nazirliyi dövründə bəs deyincə olub.
Bu cür “yeyintilər” Əli Abbasovun fəaliyyətinin ilk ilindən həyata keçirilməyə başlayıb. Əli Abbasovun faktiki olaraq Eldar Mahmudovun komandasına daxil olması onu nəzarətedici qurumların “diqqətindən kənar” saxlayıb. Məsələnin üstü açılanda isə Abbasov işdən çıxarılıb, ətrafı həbs edilib. O zaman onu xilas edən Ramiz Mehdiyevin patronajlığı altına keçməsi olub. Mehdiyev AMEA prezidenti keçəndən sonra Abbasovu da özü ilə ora aparıb, instituta baş direktor təyin edib. Artıq vəziyyət dəyişib, Mehdiyevin də “ulduzu” sönmək üzrədir. Əli Abbasov hər an həbs oluna bilər.
***

Sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsini tutan Əli Abbasov həbs olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Əli Abbasov Qaynarinfo-ya açıqlamasında deyib ki, hazırda İdarəetmə Sistemləri İnstitutununda işlərin səhmana salınması üçün ciddi tədbirlər həyata keçirir: "Mən hazırda elmlə məşğulam və başqa şey bilmirəm. Rəhbərlik etdiyim qurumda işin səviyyəsinin yüksəldilməsi üçün əlimdən gələn nə varsa edir və onun üçün bu dəqiqə iclasa tələsirəm".
Sabiq nazir barəsində yazılanları oxumadığını da bildirib: "Hələlik yazı ilə tanş deyiləm. Barəmdə KİV-də gedən yazı ilə bağlı məlumatlıyam. Özüm də yazı ilə tanış olacam”.

Şərhlər
Məqaləni oxuduqca məlum olur bunu reklam üçün veriblər,gör güya təmiz adam kimi Feyzulla,Nərimanı söyləyirlər,bunların hər ikisi Nadir Əhmədovun sağ əli idilər,rabitəçilərdən soruşun bunlar rabitəni nə günə qoyubla,Nəriman gəncədə birliyin direktoru idi,Gənə telefon idarəsi bu gündə özünə Nərimanın vurduğu ziyanından gələ bilmir,Feyzulla isə haca getdi hacdan sonra 40 gün kəfənə bürünmüş ağla gəzdi,indisə arağdan əl çəkmir elə bir gün olmazki içməsin,Marsonlardan soruşun kəndə gələndə hansı gündə olur.Birsözlə Az.politkada belə soyğunçuları təmiz adam kimi reklam edir,heç olmasa rabitəçilərin arasında sorğu keçirdin onda həqiqəti bilərsiniz.
Qırmayın Ə.Hədənova görə bir-birinizi. Sizcə 10 illərlə bu hakimiyyətdə nazir olan, akademik boş yerə o deyir" mən ayda 300000 xərcləyirdim. O bilmirdim ki, bu korrupsioner olduğunun etirafıdır və elə buna görə istintaq hərəkəti başlama bilər. Ondan sonra da babat vəzifə alır.? Bu oyundur...
Nahaq yerə biri birinizi didişdirməyin. Nə olacağını müəyyən edən var. Amma təxmin etmək olar. Ə.Həsənovu tutan olmayacaq. Tutsaydılar indiyədək tutardılar.Əlilinin əlliyə Allah xeyir versin.. Ya belə ya da heç nə...Ə.Həsənovun savadlı və ya savadsız olması bu vəziyyətdə atacağı addımdan addımından bəlli olacaq.
Rabitəçiyə - Böyük təşəkkürlər Sizə,ona görə yox ki,Əli Abbasovu müdafiə etdiniz.Yox,ona görə ki,oxucudan fərqli olaraq həqiqəti dediniz.Belə bir deyim var-İgidi öldür,ancaq haqqını yemə.Əli Abbasovun işinə necə can yandırdığını,ətrafındakılara,tabeçiliyində olanlara qarşı necə ədalətli olmasının canlı şahidiyəm.Ancaq burası var ki,xarakterindəki aşırı səmimilikdən,etibarından kimlərsə türkiyəli qardaşlarımız demişkən kötüyə kullandılar.Onun işinə,əqidəsinə necə bağlı olduğunun dəfələrlə şahidi olmuşam.Bu baxımdan hətta bəzən əndazəni aşırdı.Bir dəfə özümü saxlaya bilmədim ona dedim ki,bəs sən inanırsan ki,bir çətinliyə düşsən eyni şeyi qəlbən bağlandığın Prezidentin səninçün edəcək.Cavabı belə oldu ki,mən elə iş tutmaram ki,Prezidentimin iradəsinin əleyhinə olsun.Sonra baş verənlər isə məlumdur.Onun haqqında söz düşərkən bir məlumatlı adam onun düşdüyü vəziyyəti “çujoy paxmel” kimi xaraterizə etdi.İllər keçdi,2018-ci ildə internet TV açdım qısa müddətdə abunə sayım 100 mini keçdi.Zəng açdı təbrik etdi,ancaq tövsiyə verməyi də unutmadı:-“ Surxay 1999-cu ildə sözümü eşitmədin,Azadlıq radiosunda işə başladın,bu dəfə məni eşit ancaq və ancaq İlham Əliyevi müdafiə et”.Doğrusu mən əksini gözləyirdim.Cavbım isə qısa oldu:-“Baş üstə gözəl insan”
Binəqədi yox 6-saylı filal onun rəisi Nadir Əhmədovun ən yaxın qohumu Feyzulla Əliyev indidə sağ salamat yığdığı pullarla yeyib içir kef edir, hamıdan çox haqq yığan idi amma savadsız olduğundan işlərində səhflərə yol vermişdi,və baş mühasiblə yola getmirdi baş mühasibdə onun və Nadir Əhmədovun yaxın qohumu idi,yəni burda Əli müəllimin günahı yox idi,haqq sözü yalandır.
Hörmətli Az.politka məqaləni və yazılan şərhləri oxudum,məqalədə soy adlar yanlışdır,Arif Məqsudov və Feyzulla Əliyev yazılmalı idi yəqin si,ə bu məqaləni verən kimsə soy adlarında səhfə yol verib.Şərh yazan Oxucu Əli Abbasovun savadsızlığından yazır,əsla belə deyi,savadsız nazir adını tam yaza bilməyəni Oxucu gözəl bilir,ən azı Oxucu ilə bir rayondan idi,Əli Abbasovdan sonra kim gəldi demək olarki, R.Quluzadə Əli Abdullayev bu cütlük bütün rabitə mütəxəsislərini işdən çıxardıb,özlərinə uyğunlarını müxtəlif neqativ yollarla işə götürdülər,Oxucu yaxşı bilir Ə.Abbasovun vaxtında kənardan yalnız Bidadi Zeynalov gəlmişdi,qalan bütün rəhbərlər isə Nadir Əhmədovun təyin etmi kadırları idi və Əli Abbasovda onlarla işlədi,heç bir mütəxəsisi işdən çıxartmadı indiki rəhbərlər kimi,ədalətli yazızki gələcək nəsil həqiqəti tam düzgün bilsin.
Hörmətli Az.politka məqaləni və yazılan şərhləri oxudum,məqalədə soy adlar yanlışdır,Arif Məqsudov və Feyzulla Əliyev yazılmalı idi yəqin si,ə bu məqaləni verən kimsə soy adlarında səhfə yol verib.Şərh yazan Oxucu Əli Abbasovun savadsızlığından yazır,əsla belə deyi,savadsız nazir adını tam yaza bilməyəni Oxucu gözəl bilir,ən azı Oxucu ilə bir rayondan idi,Əli Abbasovdan sonra kim gəldi demək olarki,yazıl
ŞƏRH VERƏNLƏRƏ ???
Rabitə Nazirinin müavini Elmir Vəlizadəyə nazir Əli Abbasov hər ay 30-min manat paçet verdiyini deməsinə baxmayaraq həbs olunmaq əvəzinə PA sektor müdiri təyin olundu ? Əslində PA sağlam əqidəli, cənab Prezidentimizə qəlbən sadiq olan savadlı kadrların yeridir ! Belə neqatif halar nəzərə alınmalıdır... Elmir Vəlizadənin görünür arxası möhkəmdir ?
Oxucu psevdo imzayla yazan qərəzli şərhçinin qərəzli yazısını gördükdən sonra məcbur oldum ki,ikinci şərhimi yazam.Çünki deyəsən birinci şərhim politika.infonun senzurasından keçə bilmədi.Oxucu psevdo imzanın arxasında gizlənənə isə bir məqamı anlatmaq istərdim.Bir halda ki,sən Əli Abbasova savadsız deyirsən, deməli sən ya qərəzlisən,ya da dünyadan bixəbərsən,elm aləmindən isə tam bixəbər.Bu cür informasiyalar,yazılan cızma-qaralar,qərəzli şərhlər isə bir daha göstərir ki,Əli Abbasova qarşı yazılan bütün bu şər-şamatalar bir kompaniya xarakteri daşımaqla bir mərkəzdən idarə edilir.Onun əleyhinə yazılan şərhin tələm-tələsik ilk olması isə bu şübhəni daha da gücləndirir.Çökəklikdən zirvəyə daş atanlara isə mənim həmişə yazığım gəlib.Hələlik bu qədər...
Əli Abbasov kimi AMEA-da son vaxtlar təyin edilmiş savadsız direktorların institutların əməkdaşlarına elmi cəhətdən təsir imkanları olmadıqları üçün, ancaq əmək rejimini küçləndirməklə məşğuldurlar. Bu savadsız direktorlara mane ola biləcək savadlı əməkdaşlar işə yubanda və yaxud işə gəlməyəndə onlarda izahat alırlar, maaşlarını kəsirlər, işdən qovurlar. Bu cür qəddar və amansız hərəkətlərini “Əmək Məcəlləsi” ilə bağlayırlar. Əli Abbasov kimilərə hərdən “Əmək Məcəlləsi” ilə yanaşı “Cinayyət Məcəlləsi”nin də mövcudluğunu xatırlatmaq lazımdır. 90-cı illərin kompyüter alverçisi kimi tanınmış Əli Abbasovu, Fatma Abdullazadə hansı elmi kəşfinə görə birbaşa akademik seçdirib? Fatmanın Əli Abbasov kimi birbaşa akademik seçdirdiyi yalançı akademiklərin bir hissəsi institut direktorlarıdırlar və elmlə deyil, alverlə məşğuldurlar. Hərəsinin onlarla ticarət obyektləri var.
Böyük gəmilər dərində,kiçik qayıqlar isə dayaz da üzə bilir.Əli Abbasovun necə deyərlər həbsi haqda yazı müəllifi məhz ikinci qəbildən sayıla bilər.Belə ki,tam dəqiqliyilə bildiyim kimi,Əli Abbasov həyatda iki adama - sağlığında ulu öndər Heydər Əliyevə,daha sonra isə onun davamçısı İlham Əliyevə bağlı və sədaqətli olub.O ki,qaldı onun Ramiz Mehdiyevə və ya Eldar Mahmudova bağlılıığını iddia edən müəllifin fikirlərinə bunu müəllifin ehtimallara söykənərək qələmə sarıldığını və dayazda üzdüyünü əminliklə iddia etmək olar.Son olaraq - Kaş elə Əli Abbasovun istər sələfləri,istərsə də xələfləri heç olmasa onun kimi olaydılar.Əgər bacarıqları çatsa...