Menu

Azərbaycanda oktyabrda ərzaq 3% bahalaşıb

12.11.2021, 13:21
Azərbaycanda oktyabrda ərzaq 3% bahalaşıb

Bu ilin oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən isə 110% təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayl müqayisədə 100,9%, ötən ilin oktyabr ayına nisbətən 106,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% olub.

Şərhlər

İslam 2021-11-12 15:18:33

Y nə etmək istədiyinizi anlamaq mümközü də cinayətdir.Gedin kartof,soğanlnŞkonfetin,digər ərzaq məhsullarının qiymətlərini doğru araşdırın.Bu yalanlr ölkəyə xidmət etmir!ün deyil.Ölkədə tək çörəyin qiymətini süni sabit saxlamaqla milləti aldatmaq enə yaln? Axı 3 yox,hətta 33 faizdən çox bahalaşıb.Belə yalan məlumatlarla

malades 2021-11-12 14:29:44

yalansa ...!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol