21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Avstriya yığmasını qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.
Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür. Qrupun digər matçında Norveç Finlandiyanı qəbul edir. Qarşılaşmada hələlik hesab açılmayıb.


Şərhlər
AFFA var gücü ilə futbolumuzu məhv edir. Biz isə yenə abırsızcasına oynayır, futboldan əl çəkmirik. Bir idman ki bizə qəlb ağrısından, başqa millətlərin qarşısında başıaşalıqdan, fərsiz, magnum göstərməkdən başqa həm də boş yerə dövlətimizin pulunun mənimsənilməsinə bəhanə, imkan yaradır, o idman nəyimizə gərəkdir, Bütün mütəxəsislər yığmanın indiki trenerinin bacarıqsızlıgından danışır, onu pul yumaq üçün gətirildiyini dəfələrlə dedisə də AFFA vecinə də almadı. Buyur Lüksemburqda da öz meydanımızda krupni uduzuruq və hələ bir bu fərsiz məşqçinin ağzını gedürük