Menu

Putin miqrantların Belarus vasitəsilə Avropaya getmələrinə aydınlıq gətirib

13.11.2021, 14:04
Putin miqrantların Belarus vasitəsilə Avropaya getmələrinə aydınlıq gətirib

Miqrantlar Belarusa vizasız giriş səbəbindən Minsk vasitəsilə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışırlar.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

“Miqrantlar başqa kanallarla gedirdilər. İndi onların Belarus vasitəsilə getməsində təəccüblü heç nə yoxdur. Aleksandr Lukaşenkonun mənə izah etdiyinə görə, həmin ölkələrdən Belarusa giriş vizasızdır”, - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, son həftələr bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus-Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq sərhəd təhlükəsizliyini gücləndirib, hərbçilərini sərhədə yığıb, qanunsuz miqrantların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol