Menu

KƏLBƏCƏR İSTİQAMƏNTİNDƏ ATIŞMA GEDİR - Ermənistan təxribat törədib

13.11.2021, 20:29
KƏLBƏCƏR İSTİQAMƏNTİNDƏ ATIŞMA GEDİR - Ermənistan təxribat törədib

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər

Niyaməddin 2021-11-14 03:37:56

Bu dəfə dəmir yumruq bütün Qarabağımızı rus ayılarından və erməni şərəfsizlərindən təmizləməlidir.

Adəm 2021-11-13 22:17:42

Noldu bəs Qarabağ məsələsi tamamilə həll olunmuşdu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol