Menu

Polşanın əsgəri Belarusla sərhəddə həlak olub

14.11.2021, 00:44
Polşanın əsgəri Belarusla sərhəddə həlak olub

Polşa ordusunun əsgəri Belarusla sərhəddə bədbəxt hadisə nəticəsində həlak olub. “Report” xəbər verir ki, bu barədə Polşa ordusunun 17-ci mexanikləşdirilmiş briqadasının komandanlığının bəyanatında deyilir.

Bildirilib ki, hadisədə üçüncü şəxslər iştirak etməyib.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır.

Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantla arasında qarşıdurma yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol