Aksoy Holdinqlə alqı-satqı prosesi başa çatıb; Bank yetkilisi: “Biz Türkiyədə “Paşa Bank Türkiyə” olaraq fəaliyyət göstərməyi planlaşdırırıq”
Paşa Bank Türkiyənin Aksoy Holdinginin TAİB Bankını satın alıb. Xəbəri Türkiyənin “Hürriyyət” qəzeti yayıb. Qəzet yazır ki, Azərbaycanın ikinci böyük bankı olan Paşa Bank Aksoy Holdinqin iki il öncə satın aldığı TAİB Bank üzrə alqı-satqı əməliyyatını başa vurub.
Onu da vurğulayaq ki, Aksoy Holdinqdən öncə TAİB Bankın sahibi Dubay şeyxi Əl Maktum olub. Bu haqda Aksoy Holdinq rəsmi açıqlama yayıb.
Turcas Petrol-a da sahib olan Aksoy Holding TAİB Bankı ötən ilin sentyabrından satışa çıxarmışdı. Aksoy Holdinqin İdarə Heyətinin başçısı Erdal Aksoy “Hürriyet”ə açıqlamasında bildirib ki, səhmlərin çoxu Azərbaycanın Paşa Bankına satılıb: “Artıq işlər tamamlanmaq üzrədir. Paşa Bank Türkiyədəki fəaliyyətini genişləndirməyi planlaşdırır. Mart ayında TAİB Bankı satın almaq üçün İdarə Heyətinə müraciət edilmişdi”.
Paşa Bankın İdarə Heyətinin üzvü Taleh Kazımov isə satın almaq prosesi başlayanda Türkiyə mediasına açıqlamasında bildirib ki, prosesin yaxın aylar içərisində başa çatacağına ümidlidir: “Biz Türkiyədə “Paşa Bank Türkiyə” olaraq fəaliyyət göstərməyi planlaşdırırıq”.
Onu da vurğulayaq ki, Paşa Bankın filialı Gürcüstanda da fəaliyyət göstərir.(Musavat.com)


Şərhlər