Menu

Xorvatiya - Rusiya matçından öncə insident baş verib

14.11.2021, 16:36
Xorvatiya - Rusiya matçından öncə insident baş verib

Splitdə Xorvatiya və Rusiya yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə insident baş verib.

"Report"un "Sport-express" nəşrinə istinadən məlumatına görə, yerli polislər qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.

Bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Xorvatiya - Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol