Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
"Report" xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Hümbətov Yamən Məmmədovu bıçaqlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.
A.Hümbətov özünü təqsirli bilmir.


Şərhlər
Rayon zibilxana sonda fehlə işləyəni qurama cinayet ilə həbs etmək qeder cılız olan siyasi yetkililərə yaziqlar olsun. Bunca da kicilçeyi hec kes özünə rəva bilməzdi.