Menu

Hakerlər hotel operatorunun milyonlarla istifadəçisinin şəxsi məlumatlarını oğurlayıb

15.11.2021, 14:31
Hakerlər hotel operatorunun milyonlarla istifadəçisinin şəxsi məlumatlarını oğurlayıb

Cənub-Şərqi Asiya regionunda fəaliyyət göstərən “Red Doorz” adlı mehmanxana operatorunun 5,9 milyonadək istifadəçisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sinqapur Fərdi Məlumatları Qoruma Komissiyasının (PDPC) bildirib.

Fərdi məlumatların qorunmasına dair müvafiq hüquqi sənədlərin qüvvəyə minməsindən bu yana ən böyük belə hadisə baş verdiyini deyən PDPC operator şirkətini fərdi məlumatların qorunmasını təmin etmədiyi üçün 74 min Sinqapur dolları (54,7 ABŞ dolları) məbləğində cərimə olunduğunu elan edib.

Şərhlər

t.ədalət 2021-11-15 14:33:34

Bu məlumatları,əslində hotel sahibləri müəyyən qazanc müqabilində satırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol