Menu

Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanalar yaradılacaq

15.11.2021, 18:01
Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanalar yaradılacaq

“Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılmasını planlaşdırırıq ki, insanlar yaşadıqları yerlərə yaxın ərazilərdə tibbi xidmət ala bilsin”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.

“Ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərimizdən biridir. Həkimlərin böyük hissəsi Bakıda cəmlənib”, - deyə o, qeyd edib.

Bundan başqa, A.Nəsirov deyib ki, tibbi xidmət sahəsində ölkədə aparılan islahatlar əhalini maliyyə risklərindən qoruyur: “Əvvəllər ölkədə evini satıb, borca girib bahalı əməliyyatlar etdirənlər var idi. Biz dövlət xəstəxanalarında göstərə bilmədiyimiz bəzi tibbi xidmətləri özəl xəstəxanalarda əlçatan etmişik ki, əhali maliyyə risklərinə getməsin”.

Şərhlər

Seyid Ənhu 2021-11-15 20:28:52

BƏS AVADANLIQ VƏ MÜTƏXƏSSİSLƏRİ HARDAN ALIB REGİONLARA YERLƏŞDİRƏCƏKSİNİZ. REGİONLARDA 1812-ci İLDƏ BAKININ MEDİNSTİTUTUNU BİTİRƏN QOCA ARVAD VƏ KİŞİLƏR İŞLƏYİR. ONLARIN MÜASİR TİBDƏN XƏBƏRLƏRİ BELƏ YOXDUR.ƏTRAFA LUPA İLƏ BAXIRLAR.

Hekim 2021-11-15 18:14:24

Reqionlarda yaradacaqsiniz, lap yaxshi. Bes sheherdeki berbad gundeki xestexanalar (Sabuncu xest, 5 sayli ve s) ne vaxt normal temir ve tehcizat gorecek?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol