Menu

Narazı həndbolçularla nazirlikdə görüş olub

15.11.2021, 23:00
Narazı həndbolçularla nazirlikdə görüş olub

Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan Həndbol Federasiyasından şikayətçi olan milli komandanın üzvləri ilə görüşüb və problemlərini dinləyib.

Bu barədə "Report"a AGİN-in Mətbuat katibi Qabil Mehdiyev məlumat verib. Onun sözlərinə görə, həndbolçuların qaldırdıqları məsələlər nazirliyin səlahiyyətinə aid olmadığı üçün həmin idmançılara federasiya rəhbərliyinə müraciət etmək məsləhət görülüb:

"Gənclər və İdman Nazirliyi heç bir ictimai birliyin, o cümlədən də həndbol federasiyasınn daxili məsələlərinə müdaxilə etmir. Bir qrup həndbolçunun nazirliyə müraciətinə cavab olaraq, onlara federasiya rəhbərliyi ilə görüşmək və problemləri qarşılıqlı şəkildə müzakirə etmək tövsiyə edilsə də, onlar bu görüşdən imtina ediblər".

Qeyd edək ki, narazı həndbolçular milli komandadan qovulublar.

Şərhlər

Qulu 2021-11-16 10:49:43

Beləliklə " problem" həll edildi .Buyur bu da cavan nazirin məsələyə " münasibəti" Amma əgər bu həndbolçular hansısa beynəlxalq yarışda qalib gəlsəydilər bax elə bu GİNazirliyi onların qələbəsindən nazirliyin rolu barədə sicilləmə nitqlər, hesabatlar yazacaqdı, Nazir onlarla şəkillər çəkdirəcəkdilər . Budur yeni, cavan nazirlərin gördüyü və görəcəyi işlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol