Menu

Cozef Bayden uyğur türklərinin vəziyyətindən narahatlığını bildirib

16.11.2021, 11:14
Cozef Bayden uyğur türklərinin vəziyyətindən narahatlığını bildirib

ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinlə virtual görüşündə rəsmi Pekinin Tibet Muxtar Rayonu, Sintezyan-Uyğur Muxtar Rayonu və Honkonq xüsusi administrativ rayonundaki fəaliyyətindən narahatlığını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cozef Baydenlə Si Cinpinin görüşünün yekununa dair Ağ Evin yaydığı açıqlamada vurğulanıb.

“Prezident Bayden Çin Xalq Respublikasının Sintezyan-Uyğur, Tibet və Honkonqdakı fəaliyyətindən, eləcə də bütövlükdə insan hüquqları ilə bağlı vəziyyətdən narahatlığını bildirib”, - açıqlamada qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol