Dünya birjalarında neft yenidən ucuzlaşıb.
Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,63 dollar ucuzlaşaraq 81 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar azalaraq 85,83 dollar olub.
Dövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,85 dollar ucuzlaşaraq 88,83 dollar təşkil edib.

Şərhlər