Menu

“Sağlam Yaşa” cənub bölgəsində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirib

17.11.2021, 18:12
“Sağlam Yaşa” cənub bölgəsində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 15 noyabr 2021- ci il tarixində Lənkəran şəhərində “Narkomaniya insanlığın faciəsidir” adlı tədbir keçirmişdir. Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə Lənkəran Dövlət Universitetinin, Lənkəran Tibb kollecinin, rayon idman məktəbinin, 4 saylı tam orta məktəbinin gəncləri fəal iştirak etmişdilər. Tədbiri giriş sözü ilə mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Xədicə xanın Məmmədova açaraq qonaqları və gəncləri salamladı.

Layihəni təlimçisi Tələt Qəribov çıxışında narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlardan, insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışdı və “Ağ ölüm”ə qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini qeyd etdi. Bu gün narkomaniyanın geniş yaylmasını düşmənlərimizin gənclərimizə qarşı, genefondumuza qarşı gizli yolla apardıqları müharibəyə bənzətdi.

Lənkəran Dövlət Universitetinin müəllimi Əlizadə Əsədov, 4 saylı tam orta məktəbinin direktor müavini İlqar İsmayılov, Tibb kollecinin tələbələri Həsənzadə Nərgiz, Nərimanova Xəyalə narkomaniyanın insanın daxili orqanlarında yaratdığı sonsuz problemlərdən danışdılar. Sonda gənclərin sualları cavablandırıldı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol